İqtisadiyyat

  • 3 763

Buğda idxalı 33% artıb

image

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 123 milyon 989,84 min dollar dəyərində 439 min 38,75 ton buğda idxal edilib.SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 32.8% və ya 100 min 996 ton, məbləğ baxımından isə 17.8% və ya 18 mln. 719 min çoxdur.Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 11.3% azalaraq 303.1 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 341.7 dollar təşkil edib.Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2.61%-nə bərabər olub.

Digər xəbərlər