İqtisadiyyat

  • 2 799

"Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayacaq" - DEPUTAT ŞƏRH ETDİ

image

"Azərbaycan iqtisadiyyatının inkişaf tempi post-pandemiya dövründə artıb, sürətli iqtisadi artım bərpa edilib. 2022-ci ilin yekunları da ÜDM-də proqnozlaşdırılandan daha çox artım qeydə alındığını xəbər verdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, 2022-ci ildə ÜDM-də artım faizi 4,6 faiz oldu: "Eyni zamanda Azərbaycanda ÜDM-in həcmi 133,8 milyard manat qədər yüksəldi. Mövcud vəziyyət 2023-cü ildə də iqtisadi artımda yüksək tempin qorunmasına imkan verəcək. Şərqi Zəngəzurun praktik olaraq yenidən bərpası və artıq yenidən məskunlaşma işlərinin intensiv şəkildə irəliləməsi də ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatının müasir vəziyyəti müsbətə doğru addımlayır. İşğaldan azad olunmuş ərazilərin daha qısa müddətdə bərpa edilməsində iqtisadi vəziyyətin yaxşı olması da mühüm rol oynayır. 2023 və növbəti illərdə də Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayacaq".

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər