İqtisadiyyat

  • 4 023

"Avtomobil qiymətlərinin aşağı düşməsini müşahidə edə bilərik" - DEPUTAT DANIŞDI

image

Son illər Azərbaycana idxal edilən avtomobil sayında artımlar müşahidə olunur. Bu artımlar birbaşa olaraq tələblərin artması ilə bağlıdır. Azərbaycan Avropa, ABŞ və bir sıra Asiya ölkələrindən avtomobil idxalını sürətləndirib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, bu avtomobil bazarının genişlənməsi, alqı-satqıların sayının artmasından xəbər verir və müsbət məqamdır: "Bütün bunlarla yanaşı yerli istehsal edilən avtomobillərə marağın artırılması üçün yeni tərtib edilmiş və Milli Məclisdə müzakirə edilən layihəyə əsasən yerli istehsal olan avtomobillərin satışı əlavə dəyər vergisindən azad olunacaq. Bu da təbii ki, idxal ilə yanaşı yerli avtomobillərə marağın artmasına səbəb olacaq. Ümumi fonda isə marağın artması və dəyər vergisindən azad olunma ilə bərabər qiymətlərin aşağı düşməsini müşahidə edə bilərik".

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər