İqtisadiyyat

  • 3 792

ƏDV gerial layihəsində hansı problemlər var? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

image

“Vergi tərəfindən tətbiq edilən ən uğurlu layihələrdən biri də ƏDV gerial lahiyyəsidir. Bir çoxları tərəfindən bu innovativ layihə bəyənilsə də, problemlər də mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.

Onun sözlərinə görə, mal aldıqda 2 ədəd çek verirlər. Birində malın ad və qiyməti yerində olsa da, amma qanuna söykənməyən çek olduğundan bu, narazılıq yarada bilər. 2-ci çek qanuna uyğun çekdir və bir çatışmazlığı var. Çatışmazlıq ondan ibarətdir ki, o çekdə məbləğ sizin aldığınız məbləğə uyğun olsa da, üzərində aldığınız mal qeyd edilmir. Misal üçün siz uşaq oyuncağı almısınız, amma sizə meyvə şirəsi yazırlar. Yuxarıda göstərilən digər nəzarət kassa aparatı (qanuna uyğun olmayan) vastəsi ilə bir ədəd çek verilib. Siz qanuna uyğun özündə ƏDV əks etdirən çeki tələb etdiyiniz üçün sizə əvvəlki müştərinin çekini verirlər. Bəzən elə olur ki, ƏDV-yə düşməyən malı da ora yazırlar. Digər məqam ən çətini sizin evə getməyinizdir. Evdə, nə qədər çalışırsınız ki, aldığınız çeki ƏDV gerial sisteminə yükləyəsiniz, orada qeyd olunur ki, belə çek yoxdur. Çünki printerdən çek elə dumanlı və yarı pozulmuş vəziyyətdə çıxır ki, RG kodu telefon oxuya bilmir, əllə olan İD-ni isə siz oxuya bilmirsiniz və başlayırsınız ən azı 1 hərfi və ya rəqəmi 24 saat axtarmağa ki, bəlkə nəsə alındı və çek sistemə əlavə edildi”.İqtisadçı sözlərinə davam edərək bildirib ki, bir çox istehlakçıların şikayəti nağdsız ödənişlə bağlıdır: “Belə ki, nağdsız ödəniş edilən zaman alınan məhsulun ƏDV-sinin 17,5 faizi, nağd ödəniş zamanı isə 5 faizi geri qaytarılır. Alıcı gedir A adlı mağazaya və oradan məhsul alır. Bu məhsulu nağdsız qaydada, yəni plastik kartla alır. Amma o çekə diqqət etdikdə orada nağd ödəniş qeyd edilir. Nəticədə məhsulun ƏDV-nin 17,5 faizi yox 5 faizi ona geri qaytarılmış olur. Həmin müştəri isə bir dəfə etirazını mağazaya etdikdə onun etirazı qəbul olunur. İkinci dəfə vergiyə sübutları yığıb etiraz edir. Şikayət etdiyi vaxtdan bir neçə həftələr keçir və məktub cavablandırılır. Son nəticədə müştəri görür ki, bu mağaza elə bu işlə məşğuldur. Buna vergi də, bir çox hallarda etinasız yanaşır. Artıq alıcılar həmin mağazaları öz qara siyahılarına salsalar da, digər yerlərdə də bu hallarla rastlaşırlar. Ona görə bu təbii hala çevrilir.Digər bir məsələ isə post terminal ilə bağlıdır. İri ticarət mərkəzlərində bir çox hallarda limit olur. Yəni, nağdsız ödənişlərin limiti olur. Bu, əsasən iri supermarketlər şəbəkəsində müşahidə olunur. Adi alıcı bunu hiss etməsə də, vergidən anlayışı olanlar, bunun nə olduğunu yaxşı bilir”.

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər