İqtisadiyyat

  • 5 592

Laçında fərdi yaşayış evlərinin tikintisinə xərclənən vəsait açıqlanıb

image

Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisinə xərclənən vəsait açıqlanıb.SİA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.Qeyd edilib ki, 2022-ci ildə dövlət büdcəsinin xərcləri üzrə xərc maddələri arasında aparılmış dəyişikliklər hesabına bir sıra xidmətlər üzrə (elektrik enerjisinin, təbii qazın, universal poçt rabitəsi xidməti) tariflərin artması, bəzi zəruri sosial ödənişlərin (əmək qabiliyyətini müvəqqəti itirməyə görə və dəfn üçün müavinətlər, pensiya yaşına çatmış dövlət qulluqçularına pensiyalarının 6 misli həcmində birdəfəlik haqqın verilməsi, bir sıra təşkilatlar üzrə (əsasən də müdafiə, təhlükəsizlik və hüquq mühafizə sahələrində) ştat və kontingentin sayının artırılması, vakant vəzifələrin tam komplekləşdirilməsi, bir sıra təhsil müəssisələrinin daşınmaz əmlakının sığortalanması, məktəbəqədər təhsil müəssisələrinin uşaqlarının hazır yeməklə təmin edilməsi, idmançıların beynəlxalq və ölkədaxili idman tədbirlərində iştirakı üçün tələb olunan əlavə xərclərin qarşılanması, Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisi və bu kimi digər zəruri xərclərin tənzimlənməsi üçün 347,6 milyon manat və ya faktiki icra olunmuş dövlət büdcəsi xərclərinin 1,1 faizi məbləğində maliyyə təminatı yaradılmaqla istifadə olunub.

Digər xəbərlər