İqtisadiyyat

  • 5 708

Sosialyönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi artıb

image

2022-ci ildə sosialyönümlü xərclər 2021-ci illə müqayisədə 1280,3 milyon manat və ya 12,4 faiz çox olub.SİA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.Qeyd edilib ki, məcmu olaraq sosialyönümlü xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1280,3 milyon manat və ya 12,4 faiz çoxdur.Son 5 ildə isə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 dəfə artıb. Son 5 ildə, yəni 2018-ci ildə icra olunmuş sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2022-ci illə müqayisədə 4,4 faiz-bənd, mütləq ifadədə isə 4380,4 milyon manat və ya 1,6 dəfə artıb.2022-ci ildə əməyin ödənişi xərclərinə 2021-ci illə müqayisədə 14,9 faiz çox vəsait yönəldilib. Sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 7465,7 milyon manat (2021-ci illə müqayisədə 970,7 milyon manat və ya 14,9 faiz çox), sosial ödənişlər üzrə xərclərə 3550,7 milyon manat (2021-ci illə müqayisədə 309,6 milyon manat və ya 9,6 faiz çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466,5 milyon manat (2021-ci illə müqayisədə 69,6 milyon manat və ya 17,5 faiz çox), dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94,1 milyon manat vəsait yönəldilib.Qeyd edək ki, sosialyönümlü xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını təşkil edib.

Digər xəbərlər