Çaylarda sululuq səviyyəsi açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, bu gün səhər saat 8:00-a olan məlumata görə, Göygöl rayonunun ərazisindən keçən Kürəkçayda suyun səviyyəsi 56 sm olub. Çayda suyun səviyyəsi 6 sm artıb.Həmçinin Tovuz rayonunun ərazisindən keçən Axınçayda suyun səviyyəsi 62 santimetr təşkil edib. Bu, ötən günlə müqayisədə 5 santimetr artım deməkdir.Tovuz rayonu Əsrikçay Əsrikcırdaxan avtomat hidroloji stansiyasında suyun səviyyəsi 36 sm-dir. Dünənlə müqayisədə çayda suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub.Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda suyun səviyyəsi 36 santimetr təşkil edib. Ötən günlə müqayisədə artım 1 santimetr olub.Sabirabad rayonu Kür Surra hidroloji stansiyasında suyun səviyyəsi ötən günlə müqayisədə 36 sm qalxıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...