PDF Oxu

İqtisadiyyat

  • 4 141

“Azərbaycanın qeyri-neft ixracatının üçdə birini aqrar məhsullar təşkil edir“ - DEPUTAT DANIŞDI

“Azərbaycanın qeyri-neft ixracatının üçdə birini aqrar məhsullar təşkil edir“ - DEPUTAT DANIŞDI

“Qeyri-neft sektorunda Azərbaycanın müqayisəli üstünlüyə malik olan bir sıra sahələri var. Bu sahələr həm yerli tələbin ödənilməsi, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.Onun sözlərinə görə, aqrar sahə qeyri-neft sektorunda çox mühüm sahədir: “Çünki bir tərəfdən ərzaq təminatı və təhlükəsizliyinin ödənilməsi, digər tərəfdən isə Azərbaycanın ixrac imkanlarının genişləndirilməsində xüsusi rola malikdir. Xüsusilə də nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın qeyri-neft ixracatının üçdəbirini aqrar məhsullar təşkil edir. Buna görə də aqrar sahənin inkişafı mühümdür.Turizmin inkişafı da vacib hesab edilən sahələr içərisindədir. Çünki turizm enerjidən sonra Azərbaycan iqtisadiyyatında ölkəyə ən çox ixrac gətirən sahədir. Pandemiyadan əvvəlki dövrdə Azərbaycanın turizm gəlirləri 2.8 milyard dollara qədər yüksəlmişdi. Bu, əslində, dolayı yol ilə ölkəyə valyutanın daxil olması anlamına gəlir.Eyni zamanda, ölkəmizdə yüngül sənaye də böyük imkanlara sahibdir. Bu imkanların reallaşması isə nəticə etibarı ilə Azərbaycan yerli istehsalının artmasına və ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxarır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər