PDF Oxu

İqtisadiyyat

  • 4 289

BTC vasitəsilə nəql edilən neftin həcmi 5% artıb

BTC vasitəsilə nəql edilən neftin həcmi 5% artıb

Bu ilin yanvar-may aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 94 114 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 5,21% çoxdur.Bu barədə SİA-ya Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.Məlumata görə, ötən ilin müvafiq dövründə BTC kəmərilə Türkiyə ərazisilə 89 452 min barel neft nəql edilib.Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur.Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Digər xəbərlər