Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə keçirilən növbəti təmizlik aksiyasına Kapital Bank və Qırmızı Ürəklər Fondu da qoşulub. Layihə çərçivəsində bankın əməkdaşlarından ibarət fondunun könüllüləri Şabranda 4 hektar meşəlik ərazinin tullantılardan təmizlənməsində iştirak edib.SİA xəbər verir ki, Bakı-Quba avtomobil yolunun kənarındakı meşə zolağında təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ETSN-in, yerli icra orqanlarının əməkdaşları və könüllülər iştirak edib. Aksiya zamanı toplanan plastik və digər tullantılar qablaşdırılaraq aidiyyəti üzrə daşınıb.Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Nihad Salmanlı müsahibəsində bildirib ki, təmizlik aksiyasının keçirilməsində məqsəd meşə ərazilərinin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, meşə zolağında ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır. O həmçinin bildirib ki, Qırmızı Ürəklər Fondu ətraf mühitlə bağlı il boyu çay və dəniz sahillərində, meşə zolaqlarında könüllülərin iştirakı ilə müxtəlif təmizlik aksiyaları həyata keçirir.Qeyd edək ki, “Qırmızı Ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...