PDF Oxu

İqtisadiyyat

  • 3 189

"Tikinti sektoru ölkədə üçüncü ən çox məşğulluq yaradan sahədir" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Tikinti sektoru ölkədə üçüncü ən çox məşğulluq yaradan sahədir" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Tikinti sektoru ölkədə üçüncü ən çox məşğulluq yaradan sahə kimi xarakterizə olunur. Bu, olduqca yüksək bir göstəricidir. İqtisadiyyatın həcminə baxsaq, ümumi daxili məhsulda bu gün tikinti sektorunun payı böyükdür". SİA xəbər verir ki, bu sözləri STM-də keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həll yolları" konfransında KOBİA İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov deyib.O bildirib ki, bu gün Kiçik və Orta İnkişaf Biznesi subyektlərinin ölkə iqtisadiyyatında yaratmış olduğu əlavə dəyərlər tikinti sektorunun payı üçüncü yeri tutur: "Ötən ilin göstəricilərinə görə 15 minə yaxın KOB subyekti tikinti sektorunda fəaliyyət göstərib. Son illər yeni yaranmış KOB subyektlərinin sayı isə təxminən 7500-ü üstələyib".
Ləman Sərraf

Digər xəbərlər