PDF Oxu

İqtisadiyyat

  • 3 638

"Kredit problemlərinin çoxu məhkəməyə qədər həll oluna bilmir" - Vüqar Bayramov

"Kredit problemlərinin çoxu məhkəməyə qədər həll oluna bilmir" - Vüqar Bayramov

"Göstəricilərdən aydın olur ki, bank ombudsmanına müraciətlərin sayında azalmalar var. Ötən ilin statistikasına görə cəmi 35 müraciət olub. Düşünürəm ki, müraciətlərin sayının azalması səbəblərinin araşdırılmasına ehtiyac var". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “Bank mübahisələrinin uğurlu həlli yolları ” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.Deputat bildirib ki, əgər 2022-ci ildə problemli kreditlərin həcmi 533 milyon manat, amma 35 müraciət olubsa, deməli ya vətəndaşların bank ombudsmanı ilə bağlı məlumatı yüksək deyil, ya da problemlərin yalnız məhkəmə yolu ilə həllinə üstünlük verirlər: "Statistika göstərir ki, bu problemlərin böyük bir qismi məhkəməyə çatana qədər həll oluna bilmir".

Ləman Sərraf

Digər xəbərlər