"Azərbaycan Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, əgər ilin əvvəlində 1 ədəd mobil telefon orta hesabla 379.21 manat olubsa, may ayında bu qiymət 375.27 manat təklif olunur. Yəni, 3 manat 94 qəpik enmə müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: "Bayramlar mövsümü, adətən avqust ayından başlayır və ilin sonuna kimi davam edir. Bu mövsümlərdə marketoloqlar üçün istirahət günləri hesab olunur. Bu halda onlar fürsətdən istifadə edib müxtəlif formada endirimlər üçün kampaniyalar haqqında düşünürlər. Köhnə mobil telefonlardan, anbarda yığılıb qalan telefonlardan uzaqlaşmaq üçün bu mövsüm bir fürsət kimi dəyərləndirilir".İqtisadçı sözlərinə davam edərək bildirib ki, mobil telefon fiziki cəhətdən yox, mənəvi cəhətdən köhnələn əşyalara aiddir: "Ola bilər ki, bir telefonu alıb 5-10 il işlədə bilərsiniz. Amma mənəvi cəhəddən o 1 ildən sonra köhnəlmiş olur. Yəni, artıq bir modeldən sonra yeni model mobil telefon satışa çıxırsa əvvəlki modelin qiymətində enmə müşahidə olunur. Belə telefonlar adətən ilin əvvəlində satışa çıxarılır bu baxımdan da, enmələr köhnə modeldə qaçınılmaz olur.Bundan əlavə vergi məsələsi də var. Enmələrdə vergi güzəştləri edilmir. Əksinə vergi və gömrük baxımından faizlər stabildir. Amma bunun əsasını ilkin qiymət formalaşdırdığından mobil telefonun satışı ilə məşğul olan şəxs gərək onu daha ucuz alıb gətirsin ki, burada fərq çoxda hiss olunmasın. Nəzərə alsaq ki, bu sahədə monopoliya mövcuddur, hər kəs mobil telefon gətirib satış edə bilmir. Bunun üçün həmin şəxs vergi uçotuna durmalıdır. Adi vətəndaş mobil telefon gətirdikdə bunun üçün gömrük, qeydiyyata salınma və sair kimi hədlər mövcuddur".
Ləman Sərraf
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...