PDF Oxu

İqtisadiyyat

  • 3 810

İpoteka kreditlərinə əlçatanlıq hansı səviyyədədir? - İQTİSADÇI ŞƏRH ETDİ

İpoteka kreditlərinə əlçatanlıq hansı səviyyədədir? - İQTİSADÇI ŞƏRH ETDİ

“İpotekanın əlçatanlığına problem yaradan əsas məsələ insanların gəlirlərinin tam rəsmiləşməməsidir. Yəni ipoteka krediti verildikdə yalnız rəsmi gəlirlər nəzərə alınır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. Onun sözlərinə görə, işlədiyiniz halda gəlirləriniz tam şəkildə rəsmiləşmirsə, bu zaman ipotekaya əlçatanlıq aşağı düşəcək: “İkinci məqam isə mənzillərin, əmlakın rəsmiləşməsi ilə bağlıdır. Bakıda 10 minlərlə mənzillərin sənədi yoxdur. İpoteka isə sənədsiz mənzilləri nəzərə almır. Bu da təbii ki, ipotekaya cəlb edilən predmetlərin aşağı düşməsinə səbəb olur.Qeyd etdiyim iki məqam məhz Azərbaycana məxsus idi. Lakin ipoteka zamanı ilkin ödəniş tələbi isə hər yerdə belədir və göstəriciləri aşağı salan səbəblərdən biridir. Hazırda ipoteka əlçatanlığın artırılması istiqamətində də işlər aparılır. Amma istənilən halda sadalanan məsələlər əlçatanlığı aşağı salır”.

Digər xəbərlər