PDF Oxu

İqtisadiyyat

  • 3 256

Yeni tarif qiymətləri avtomobil sayını azalda bilər? - EKSPERTLƏR AYDINLIQ GƏTİRDİ

Yeni tarif qiymətləri avtomobil sayını azalda bilər? - EKSPERTLƏR AYDINLIQ GƏTİRDİ

Parklanma ilə bağlı yeni tarifə əsasən, bir saat üçün ödəniş bir manat təşkil edir. Bu da paytaxt ərazisində işləyən şəxsin parklanma üçün gün ərzində 8-9 manat ödəməsi deməkdir. Bəs, bu tarif Bakı şəhərində avtomobillərin sayının azalmasına səbəb ola bilərmi? SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov parklanma ilə bağlı ödənişlərin tətbiqinin qiymətlərin artması ilə əlaqədar olduğunu bildirib. “Bakı şəhərinin zonaları üzrə tətbiq olunacaq qiymət şəhərin mərkəzi hissələrində özünü daha çox göstərəcək. Bu da qiymətin kifayət qədər baha olacağını deməyə əsas verir. Vətəndaşlar bir və ya iki ərazidə öz avtomobillərini saxlayarsa, artıq bir neçə yerə ödəniş etməli olacaq. Bu da vətəndaşların məmnun qalmayacağını deməyə əsas verir”-, deyə o əlavə edib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov: “Şəhərin mərkəzində parklanmanın bir saatı bir manat olsa da, orada işləyənlər səkkiz-doqquz saat üçün müvafiq olaraq səkkiz-doqquz manat ödəməyəcəklər. Düşünürəm ki, mərkəzdə işləyənlər üçün güzəştlər tətbiq olunacaq. Zənnimcə, burada sürücülərdən bir neçə saat üçün yuvarlaq məbləğdə ödəniş istəniləcək. Düşünmürəm ki, parklanma qiymətlərinə görə Bakının mərkəzi hissəsinə nəqliyyat axını azalacaq. Xüsusən, şəhərdən uzaqdan gələnlər şəxsi maşınsız, taksisiz gəlməzlər. Onlar avtomobilsiz keçinə bilməzlər. Mərkəzdə avtomobil sayının azalması üçün ictimai nəqliyyat, metro normal işləməlidir. Belə olarsa, insanlar şəxsi avtomobildən, hətta taksidən belə imtina edərlər. Bundan əlavə, vəzifəli şəxslər, əsasən, dövlət qurumlarının rəhbərləri mobilləşməyə üstünlük verməli və moped, velosiped, elektroskuterlərdən istifadə etməlidirlər ki, nümunə olsunlar”.

Ləman Sərraf

Digər xəbərlər