"Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul olunmuş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında deyib."İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınmışdır. İllik inflyasiya iyunda 10.6% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 5 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 11.5%-ə enmişdir"-, deyə o əlavə edib.Sədr bildirib ki, illik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək azalmışdır. Tərəfdaş ölkələrdə inflyasiyanın azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir etmişdir. Qiymətləndirmələrə görə ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiya cari ilin iyununda ötən ilin oktyabrında müşahidə edilən pik səviyyə ilə müqayisədə 2 dəfədən çox azalmışdır. Bu əsasən qlobal iqtisadi aktivliyin zəifləməsi, qlobal enerji qiymətlərinin azalması və əksər ölkələrdə həyata keçirilmiş sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən iyunda illik əsasda əmtəə qiymətləri 37.1%, o cümlədən enerji qiymətləri 45.1%, qeyri-enerji qiymətləri 15.1% enmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri iyunda illik əsasda 20.9% azalmışdır".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...