"Hesabat dövründə fondun qarşısına qoyulmuş bütün öhdəliklərin vaxtında icrası təmin edilmiş və müvafiq tədbirlər görülmüşdür". SİA xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov cari ilin I yarımilliyində görülmüş işlərə dair mətbuat konfransında deyib."Hesabat dövründə fondun gəlirləri 3270,7 milyon manat həcmində olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6% daha çoxdur. Gəlirlərin 77,4%-i Məcburi Dövlət Sosial Sığorta Haqlarından daxil olanların payına düşür. Hesabat dövründə bu daxil olmalar 2531,1 milypn manat həcmində olub. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 13,8% daha çoxdur"-, deyə o əlavə edib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...