“Ötən ilin göstəricilərinə əsasən, ölkəmizdə 29 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal olunub. 3 milyard kilovat/saat elektrik enerjisi isə ixraca yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib. Onun sözlərinə görə, Ölkəmizdə göstəricilərə nəzər yetirdikdə ildən-ilə elektrik enerjisinin istehsalında artım müşahidə edirik: “Bu çox müsbət bir haldır. 2030-cu ilə qədər bu göstəricinin iki dəfə artımı nəzərdə tutulub. Bura həm alternativ bərpa olan enerji mənbələrindən alınan elektrik enerjisi payının ümumi istehsalın 15-20%-nə çatdırılması, həm də ümumi elektrik enerjisi istehsalının artırılmasını aid edilir. Əlbəttə ki. Elektrik enerjisinin istehsalı üçün bizim ölkədə münbit şərait var. Təbii iqlim şəraiti, külək, günəş və su enerjisindən, həmçinin, istilik enerjisindən yaranan imkanlar elektrik enerjisini daha ucuz əldə etməyə şərait yaradır. Bu da sözsüz ki, ölkənin ixrac potensialına müsbət təsir göstərir”.İqtisadçı sözlərinə davam edərək bildirib ki, bu gün Azərbaycan Şərqi Avropa ölkələri Rumıniya və Bolqarıstana elektrik enerjisi ixracatçısı kimi çıxış edir: “Azərbaycan həm də bu sahədə geniş investisiya qoyuluşunda xarici investisiyaları cəlb edir. Bu baxımdan ölkəmizin böyük potensialı var. Hesab edirəm ki, gələcəkdə Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatında da aparıcı ölkəyə çevriləcək. Təbii ki, bu, ölkənin Avropa qarşısında həm iqtisadi, həm də siyasi çəkisini artırır. Eyni zamanda, ölkəmizin büdcəsinə qeyri-neft sektorundan gələn valyuta miqdarının artmasına əhəmiyyətli təsir göstərir”.
Ləman Sərraf
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...