“Yeni parklanma qaydaları və tariflərin tətbiqi əlbəttə ki, bu sahədə müəyyən çatışmayan məsələləri həll edəcək. Bunlardan başlıcası parklanma ilə bağlı problemlərin tıxaclara səbəb olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, əslində, tıxacların yaranmasının bir çox səbəbi var: “Amma onlardan ən əsası parklanma yerlərinin təşkil olunmaması, eyni zamanda, parklanma üçün təyin olunmuş yerlərin müxtəlif şəxslər tərəfindən zəbt olunması idi”.Ekspert sözlərinə davam edərək bildirib ki, tıxacların aradan qaldırılması, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı var. Bu dövlət proqramı 2019-2023-cü illəri əhatə edir. Proqramda bu məsələlərlə bağlı atılmalı olan addımların hər biri ayrı-ayrılıqda əks olunub. Sadəcə müvafiq qurumlar həmin proqramla tanış olmalı və hər biri öz öhdəsinə düşəni etməlidir. Düşünürəm ki, belə olduğu halda qismən də olsa, tıxacların qarşısını almaq mümkündür”.
Ləman Sərraf
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...