PDF Oxu

İqtisadiyyat

  • 3 464

Ölkəmizdə dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Ölkəmizdə dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4514,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, yüklərin 56,2 faizini neft yükləri təşkil edib.Dəniz limanları tərəfindən 6328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5211,8 min tonunu və ya 82,4 faizini tranzit yüklər təşkil edib.2023-cü il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 237,3 min ton olub.Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 10,5 min nəfər olub.

Digər xəbərlər