PDF Oxu

İqtisadiyyat

  • 2 450

"Bölgələrimizin inkişafı ilə bağlı sistemli fəaliyyət həyata keçirilir" - İQTİSADÇI ŞƏRH ETDİ

"Bölgələrimizin inkişafı ilə bağlı sistemli fəaliyyət həyata keçirilir" - İQTİSADÇI ŞƏRH ETDİ

"Cənab Prezidentin Şəmkir, Samux, Qazax və Bərdəyə sonuncu səfəri bir daha təsdiq edir ki, regionların inkişafı Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.Onun sözlərinə görə, bu gün yalnız Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurması deyil, eyni zamanda digər bölgələrimizin inkişafı ilə bağlı sistemli fəaliyyət həyata keçirilir: "Bu da ondan xəbər verir ki, bütövlükdə regionla Bakı arasındakı fərqin aradan qaldırılması iqtisadi siyasətdə əsas istiqamətlərdəndir".Vüqar Bayramov sözlərinə belə davam edib: "Xüsusən nəzərə alsaq ki, Prezidentin səfəri zamanı həm nəqliyyat, həm də digər sektorlarda, o cümlədən sosial xidmətlərin çatdırılmasında kifayət qədər region üçün əhəmiyyətli açılışlar reallaşdı. Burada həm nəqliyyat şəbəkəsinin genişləndirilməsi, yeni yolların salınması və təmir edilməsi, həm də vətəndaşlarımıızn xidmətlərə əlçatanlığının genişləndirilməsi ilə bağlı həyata keçirilən işləri xüsusilə qiymətləndirmək lazımdır. Bu təbii ki, birmənalı şəkildə paytaxtla regionlar arasındakı fərqin müqayisəli şəkildə aradan qaldırılmasına, regionların iqtisadi inkişafda, eləcə də ÜDM-dəki payının mərhələli şəkildə artmasına gətirib çıxaracaq".
Ayşən Vəli

Digər xəbərlər