Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin yanvar-iyul ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 86,6 milyon manatdan çox olub. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz və ya 9,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 17,2 faiz artaraq 24,5 milyon manat təşkil edib.2023-cü ilin 7 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 2,3 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 14 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 8,3 faiz artıb
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...