Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da 3 540 yeni vergi ödəyicisi qeydiyyata alınıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.Məlumata görə, bunun 89,4 %-i fiziki, 10,6 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.7 ay ərzində kommersiya qurumlarının 60,5 %-i elektron qaydada, 39,5 %-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...