PDF Oxu

İqtisadiyyat

  • 4 330

“Bu yolun tikintisi bölgədə məşğulluq səviyyəsinin artmasına gətirib çıxaracaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu yolun tikintisi bölgədə məşğulluq səviyyəsinin artmasına gətirib çıxaracaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“2023-cü il ölkə büdcəsinin xərclər hissəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 2 milyard 660 milyon 400 min təşkil edir. Azərbaycan hər zaman ölkə boyunca yol infrastrukturunun tikintisinə çox böyük diqqət göstərərək onların əsaslı tikintisinə və təmirinə investisiya yatırır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.Onun sözlərinə görə, yolun mədəniyyət və iqtisadi inkşafa səbəb olan bir amil olduğunu nəzərə alan ölkə rəhbərliyi, xüsusilə də, cənab Prezident İlham Əliyev şəxsən tikinti işləri ilə bağlı yerində tanış olur və yaxud da açılışlarda iştirak edir.Bütün bunlar işlərin sürətləndirilməsi və şəffaflıq nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Beyləqan rayonun 7 yaşayış məntəqəsini birləşdirən Allahyarlı -Qəhrəmanlı -Gödəklər-Bünyadlı -Sarısu avtomobil yolunun tikintisi bölgənin iqtisadi və turizm potensialının inkşafında və əhalinin sosial iqtisadi vəziyyətinin yüksəlməsində əhəmiyyət kəsb edəcəkdir.Bildiyimiz kimi, Beyləqan rayonu respublikanın mühüm kənd təsərrüfatı rayonudur. Aran iqtisadi rayonuna daxildir. Rayonun iqtisadiyyatında pambıqçılıq, taxılçılıq və heyvandarlıq təsərrüfatları mühüm yer tutur. “Ağ Göl” milli parkının bu rayonun ərazisində yerləşməsi rayonun turizm sferasına da aidiyyatına bir sübutudur.
Ölkə büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan 11.9 milyon manat vəsait yol tikintisinə sərf olunaraq bölgədə məşğulluq səviyyəsinin də artmasına gətirib çıxaracaq”.

Ayşən Vəli

Digər xəbərlər