"Ölkə rəhbəri cənab Prezident İlham Əliyev regionların sosial -iqtisadi inkişafını daima öz diqqətində saxlayır. Belə ki, Dövlət proqramının icra olunduğu 2004-2018-ci illər ərzində ÜDM 3.3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2.8 dəfə, sənaye üzrə 2.6 dəfə, kənd təsərrüfatı 1.7 dəfə artmışdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib. Onun sözlərinə görə, bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 1.5 milyon daimi iş olmaqla 2 milyondan çox yeni iş yeri,100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5.1 faizə endrilmişdir: "Görülən işlər qarşıda görüləcək işlər üçün geniş zəmin yaratmışdır.“2019-2023 Regionların sosial-iqtisadi inkşaf proqramı” çərçivəsində ölkə rəhbərliyi tərəfindən yaşayış məntəqələrində yol infrastrukturunun tikintisi, infrastruktun qurulması, iş yerlərinin açılması planlı şəkildə həyata keçirilir.Bu ilin Dövlət büdcəsində yol infrastrukturunun tikintisinə dövlət əsaslı investisiya qoyuluşlarına 2 milyard 660 milyon 440 min manat vəsait ayrılmışdır".Samir Heydərov sözlərinə belə davam edib: "Bu nöqteyi-nəzərdən cənab Prezident İlham Əliyev Qax rayonun Qax-Qaşqaçay-Armudlu (11 km)-Aşağı Malax-Qaşqaçay-Armudlu yolunun tikntisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.Sərəncam 2 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən rayonun Qax-Qaşqaçay-Armudlu (11 km)-Aşağı Malax-Qaşqaçay-Armudlu yolunun tikntisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4.9 milyon manatı vəsaitin ayrılmasını ehtiva edir.Qax rayonu Azərbaycan Respublikasının Şəki -Zaqatala iqtisadi rayonuna aiddir. Rayon iqtisadiyyatını xüsusilə bitkiçilik,heyvandarlıq məhsullarının istehsalı təşkil edir. Rayon əsasən qərzəkli meyvələrin istehsalı ilə tanınır (fındıq,şabalıd,qoz).Qax rayonu eyni zamanda bir çox faydalı qazıntılarla da zəngindir; kükürd, polimetal filizi.Qax rayonunda respublikanın mühüm meşə və su ehtiyatları yerləşir. Zəngin təbii coğrafi şəraiti olan Qax rayonu mühüm turizm bölgəsidir".
Ayşən Vəli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...