“Sənaye emal və mədən sənayesi olaraq iki yerə bölünür. Mədən sənayesi birbaşa hasilatla məşğuldur, bu sənaye daha sürətlə inkişaf edir. Azərbaycanda mədən sənayesinin ən qabarıq nümunələrinə neft aiddir. Neft uzun müddət Azərbaycan iqtisadiyyatının əsasını formalaşdırıb. Sonradan qaz sənayesi inkişaf etdi. Eyni zamanda, qızıl hasilatına da başlanılıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. Onun sözlərinə görə, təbii resurslara əsaslanan Azərbaycan iqtisadiyyatının bir strukturu var: “Bizim iqtisadiyyatımız mövcud təbii resurslar üzərində qurulub. Lakin təbii resursların çıxarılması işini də bilavasitə xarici investisiyalar və şirkətlər hesabına edirik. Eyni zamanda, neft-qaz sənayesini inkişaf etdirsək belə, neft-kimya sənayesində ciddi bir uğura imza ata bilməmişik. Hətta neftdən benzin istehsalını belə standartlara uyğun təşkil edə bilməmişik. Azərbaycan neft-kimya sənayesini inkişaf etdirərsə, əlavə heç nəyə ehtiyac qalmaz.Eyni zamanda, ölkəmizdə yüngül sənayenin müxtəlif növlərini inkişaf etdirə bilərik. Xüsusilə də, brendləşmə tələb etməyən tekstil sahəsini inkişaf etdirmək olar.Bir çox sahələr də var ki, onların istehsalı Azərbaycanda mümkün deyil. İstehsal edilsə belə, inkişaf etməyəcək. Lakin istənilən halda neft-kimya sənayesinin inkişafı bizi çox irəliyə apara bilər”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...