“İnternet üzərindən sifarişlərin artmasına əsas səbəb texnologiyanın inkişafıdır. Eyni zamanda bu xüsusda texnologiyanın inkişafı ilə bərabər, insanlar arasında yayılması da mühüm rola sahibdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. Onun sözlərinə görə, onlayn alış-verişin bir çox üstünlükləri mövcuddur: “İlk növbədə istənilən zamanda və yerdə sifarişi həyata keçirmək mümkündür. Bu da insanların boş vaxtlarını daha səmərəli keçirməsinə şərait yaradır. Digər tərəfdən onlayn alış-veriş zamanı müqayisə imkanları daha geniş olur. Bu baxımdan da internet üzərindən alış-veriş insanlar arasında daha da populyaşır”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...