PDF Oxu

İqtisadiyyat

  • 2 241

Bakı Avtovağzalı yeni tədris ilindən hansı iş qrafikinə keçəcək? - QURUMDAN AÇIQLAMA

Bakı Avtovağzalı yeni tədris ilindən hansı iş qrafikinə keçəcək? - QURUMDAN AÇIQLAMA

Yeni tədris ili üç gün sonra başlayır. Xüsusilə ali məktəblərin açılması ilə əlaqədar olaraq paytaxta daha çox sərnişin axını olacaq. Bakı Beynəlxalq Avtovağzal Kompleksi yeni tədris ilinin başlanması ilə əlaqədar necə işləyəcək? SİA-nın sorğusuna cavab olaraq qurumun mətbuat katibi Sabir Bilalov bildirib ki, xəttə əlavə avtobusların buraxılmasına hazırda ehtiyac yoxdur: “İşlər nəzərdə tutulan qrafikə uyğun təşkil edilir"."Tədris ilə bağlı paytaxta gələnlərin böyük əksəriyyəti artıq regionlardan qayıdıb. Hazırda Avtovağzal Kompleksində sərnişin sıxlığı müşahidə olunmur. Gündəlik iş qrafiki ilə sərnişindaşımanın həyata keçirilməsi davam edir. Ehtiyac yaranarsa xəttə əlavə avtobusların buraxılması təşkil ediləcək”,- deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər