Gələn il Naxçıvan Muxtar Respublikasında yerli və xarici investorların (sahibkarların) iştirakı ilə İnvestisiya Forumu keçiriləcək.SİA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda öz əksini tapıb.Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıdır.Bundan başqa, regiona yerli və xarici investorların cəlb olunması, "Invest in Nakhchivan" veb-səhifəsinin hazırlanması, yerli və xarici investisiyalar əsasında yaradılan istehsalat, ticarət, xidmət və digər sahələrdə yeni müəssisələrin işə salınması, iqtisadiyyatın prioritet sahələri üzrə (kənd təsərrüfatı, qida emalı, inşaat, turizm, İKT, nəqliyyat-logistika və s.) investisiya layihələrinin hazırlanması planlaşdırılır.
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...
Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...
Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...