“Azərbaycan iqtisadiyyatında aparılan islahatlar biznes qurmaq imkanlarını artırıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.Onun sözlərinə görə, rəqabətin gücləndirilməsi və manopoliyanın mininumlaşdırılması bu istiqamətdə yeni imkanlar yaradıb: “Rəqabət məsələsi 17 illik müzakirələrdən sonra artıq Milli Məclisdədir. Bu isə kiçik bizneslər üçün yeni imkanlar deməkdir. Buna görə də kiçik bizneslər fərqli sektorlar üzrə fəaliyyətini genişləndirir.Bütün hallarda biznes qurmadan öncə sahibkar tərəfindən bazar və marketinq araşdırılmasının aparılmasına ehtiyac var”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...