“İqtisadi Əməkdaşlıq Təşkilatı uzun müddətdir fəaliyyət göstərən bir regional iqtisadi əməkdaşlıq platformasıdır”. Bu sözlərİ SİA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib. Onun sözlərinə görə, təşkilatın bizim üçün ən önəmli cəhətlərindən biri Türk dövlətləri ilə yanaşı, İran, Tacikistan, Əfqanıstan və Pakistanı da özündə birləşdirməsidir: “Üzv ölkələrin coğrafiyasına baxdıqda Azərbaycanın iqtisadi maraqlarına cavab verən bir sıra regional layihələrin reallaşdırılmasına dəstək baxımından əhəmiyyətli ölkələri əhatə edir”.Elşən Bağırzadə sözlərinə belə davam edib: “Tədbirin Şuşada keçirilməsi və İran rəsmilərinin də burada iştirakı kifayət qədər diqqəti cəlb edən məsələdir və Azərbaycanın maraqlarına cavab verir. Təşkilat çox aktiv fəaliyyət göstərməsə də, önəmli region ölkələrini özündə birləşdirdiyi üçün bizim maraqlarımıza cavab verən bir regional iqtisadi əməkaşlıq platforması kimi qiymətləndirilə bilər”.
Ayşən Vəli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...