PDF Oxu

İqtisadiyyat

  • 3 517

"Avtomobillərin parklanması ilə bağlı narahatlıqlar yaşanır" - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Avtomobillərin parklanması ilə bağlı narahatlıqlar yaşanır" - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Bu gün Bakı şəhərinin mərkəzi rayonlarında tıxac və avtomobillərin parklanması ilə bağlı narahatlıqlar yaşanır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bu problemlər yaşanan ərazilərə Sahil metrostansiyası ərazisi xüsusilə daxildir: "Çünki bu ərazidə parklanma səviyyəsi zəif təşkil olunub. Ümumiyyətlə, ərazinin mövqeyi olaraq burada boş yer tapmaq çox çətindir. Sahil metrostansiyası ərazisi şəhərin ən bahalı küçələrindən olduğu üçün yer məhdudiyyəti var".Ekspert bildirib ki, Sahil metrostansiyasının ətrafı həddindən artıq yüklənməyə məruz qalıb: "İnanmıram ki, gələcəkdə orada hansısa bina inşa olunsun və layihələndirilsin. Buna səbəb ərazinin kifayət qədər dolu olmasıdır. Yalnız idarə, təşkilatların və yaxınlıqdakı giriş-çıxış təmin ediləcək küçələrin hesabına parklanma yerlərini nizamlamaq olar. Bu ərazilərə 28 May, Nizami, Gənclik və Nəriman Nərimanov metrostansiyalarını da şamil etmək olar".

Ayşən Vəli

Digər xəbərlər