“Hazırda ölkədə pandemiyadan sonrakı dövr kimi bir çox sahələr üzrə bərpa prosesi gedir. Bu ilin 8 ayında ölkəyə gələn turistlərin sayında 34 faizə qədər artım olub”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. Onun sözlərinə görə, ölkədən gedən şəxslərin sayında da artım var: “Lakin ölkəyə gələn turistlərin sayı ölkədən gedənlərin sayını təxminən 100 min nəfər üstələyir".X.Kərimli bildirib ki, bu artımlar onu deməyə əsas verir ki, pandemiyadan sonrakı dövr ərzində turizm sürətlə bərpa olunur. Lakin pandemiyadan əvvəlki səviyyəyə də çata bilməyib. 2015-2016-cı illərdə turizm Azərbaycanda öz rekord səviyyəsini yaşamışdı. Hazırda bu potensialın göstərilə bilməməsinin bir neçə səbəbi var ki, onların başında da quru sərhədlərinin bağlı qalması dayanır. Məhz quru sərhədlərinin bağlı qalması turizmin tamamilə bərpa olunmasına şərait yaratmır.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...