Bu gün Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda "Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf perspektivləri" mövzusunda elmi seminarın açılış mərasimi keçirilir. SİA xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra isə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Elmi seminarın açılışını İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov edib. Həmçinin, seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı da çıxış edir.Qeyd edək ki, tədbirdə dövlət orqanlarının nümayəndələri, millət vəkilləri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri iştirak edirlər.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...