2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta yığımları 28,2% artaraq 937,237 milyon manata çatıb.SİA bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 25,7% artaraq 400,387 milyon manata yüksəlib.Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 43,6 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 42,7 manata kimi azalıb.