“Yolların tikinti və bərpası daimi olaraq ölkə rəhbərliyinin nəzarəti altındadır. Təbii ki, yol mədəniyyətdir və turizm, nəqliyyat üçün əhəmiyyətli infrastrukturdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib. Deputat bildirib ki, mütəmadi olaraq Azərbaycanda yol infrastrukturuna vəsait ayrılır, bərpa işləri aparılır: “Son 10 illikdə dünyada aparıcı yol tikintisi ilə məşğul olan şirkətlər cəlb olunur, onların mütəxəssislərinin fikirləri öyrənilir. Bununla da həm yolun keyfiyyəti artırılır, həm də uzunömürlülüyü bərpa edilir. Bu baxımdan da aparılan işlər olduqca mühümdür”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...