“İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri həm taktiki, həm də strateji olaraq böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan bununla özünün iqtisadi gücünü nümayiş etdirir. Yəni görülən işlər Azərbaycanın iqtisadi inkişaf dərəcələrinin nümayişi baxımından əhəmiyyətlidir. Digər tərəfdən Azərbaycan bu addımı atmaqla bu torpaqların əsl sahibi olduğunu nümayiş etdirmiş olur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. A.Quliyev bildirib ki, ermənilərin dağıtdığı əraziləri bərpa edib, cənnətə döndərməklə sübut edirik ki, bu torpaqların əbədi və əzəli sahibi Azərbaycandır: “Ermənistan 30 il ərzində işğalda saxladığı bu ərazilərin bərbad günə düşməsini ona görə rəva görmüşdü ki, onlar bu torpaqların sahibləri deyildilər. Həmin torpaqlarda onların dədə-babalarının izi-tozu, ruhu yox idi. Özlərinə məxsus olmayan torpaqlara ermənilərin dağıdıcı münasibəti tamamilə təbiidir. Amma Azərbaycanın bu ərazilərdə tariximizin ruhu, mənəviyyatımız, dədə-babalarımızın ruhu yatdığına görə biz bu əraziləri bərpa etməklə, bir daha bütün dünyaya buranın sahibi olduğumuzu göstərdik. Artıq inkişaf etmiş ölkə olaraq razı olmaq olmaz ki, Azərbaycanın bir tərəfi abad, digər tərəfi viran edilmiş şəkildə qalsın. Buna görə də işğaldan azad edilən ərazilərdə görülən işlər bir çox mənada özündə böyük əhəmiyyət ehtiva edir. Eyni zamanda aparılan işlər bu bölgələrin təhlükəsizlik və müdafiə məsələsidir. Hansı ki, bu da ərazilərimizdə yenidən soydaşlarımızın məskunlaşmasına gətirib çıxarır. Azərbaycan həmin əraziləri cənnətə çevirmədən bərpa-quruculuq işlərindən əl çəkməyəcək”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...