“Çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir. Buna görə də biznes qurumlarının bu işinə dövlət qurumları basqı edə bilməz. Lakin illərdir zavod çörəkləri gizli şəkildə müvafiq dövlət orqanlarının basqısı altındadır, digər çörəklərin isə qiymətinə toxunulmur. Yalnız zavod çörəyi adlandırdığımız “sosial çörək”lərin üzərində bəzi dövlət qurumlarının basqısı var ki, bunu yanlış hesab edirik. Hazırda çörəyin qiymətindəki enmə də bəzi biznes qurumları ilə dövlət qurumlarının birlikdə basqısı nəticəsində baş verir. İstehsalçı və ya təczizatçılar sanki biznes qurumlarından asılı qalıblar”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədr təzyiq yolu ilə qiymətin aşağı endirilməsinin tərəfdarı olmadığını bildirib: “Qiyməti 2 manat və daha çox olan çörəklər var ki, onlarla bağlı heç bir iş görülmür. Hazırda market sahibləri istehsalçıları çətin vəziyyətdə qoyurlar.Marketlərin istehlakçıları aldatmaq yolları müxtəlifdir. Bu fonda rəfdəki qiymətlə kassada qarşılaşılan qiymətin üst-üstə düşməməsi ən geniş yayılmış yoldur. Bu birmənalı şəkildə süni qiymət artımıdır və təəssüf ki, müvafiq qurumların qarşısının alınması üçün heç bir iş görmür.Gələn şikayətləri ümumiləşdirsək, Azərbaycan istehlakçıları bir il ərzində təxminən 500 milyon manat almadıqları məsul üçün pul ödəyirlər. Bu anormal vəziyyətdir. Belə hallarla qarşılaşan istehlakçılar iradlarını bildirməli, müvafiq dövlət qurumlarına müraciət edərək, həmin marketdə yoxlama işlərinin keçirilməsinə nail olmalıdır”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...