Bakıda VII Beynəlxalq Bankçılıq Forumu keçirilir. SİA xəbər verir ki, forumun məqsədi qlobal miqyasda bank-maliyyə sektorunda rəqəmsallaşma proseslərinin, innovativ maliyyə texnologiyalarının tətbiqi trendlərinin, bu trendlərin maliyyə inklüzivliyinin artırılmasında rolunun, həmçinin iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı çağırışların və təşəbbüslərin müzakirə edildiyi platforma olmaqdır.Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, MasterCard-ın Azərbaycan və Türkiyə üzrə baş meneceri Hüsnü Avşar Gürdal, AzəriCard-ın baş icraçı direktoru Fərid Quliyev və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış edəcək.Qeyd edək ki, bu forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbiridir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...