PDF Oxu

İqtisadiyyat

  • 3 580

"Ölkənin ÜDM-də 4% səviyyəsində artım olacağı proqnozlaşdırılıb" - AMB SƏDRİ

"Ölkənin ÜDM-də 4% səviyyəsində artım olacağı proqnozlaşdırılıb" - AMB SƏDRİ

"Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin ümumdaxili məhsulunda (ÜDM) 2025-ci ilə doğru 4 faiz səviyyəsində artım olacağını proqnozlaşdırıb". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib."2023-cü ildə ÜDM-də 1,5%, 2024-cü ildə 3,5%, 2025-ci ildə isə 4% səviyyəsidə artım proqnozlaşdırılır. 2023-cü ilin yekunlarına görə qeyri-neft sektorunda ÜDM 3%, 2024-cü ildə 6%, 2025-ci ildə isə 5,5% səviyyəsində proqnozlaşdırılır", - deyə o əlavə edib.

Digər xəbərlər