"Hidrometeoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycanda hidrometeorologiya sahəsinin modernləşdirilməsi üçün dövlət investisiyaları çərçivəsində ən müasir müşahidə sistemləri ölkədə tətbiq olunur". SİA xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda deyib.Nazir bildirib ki, dopler radar sistemləri, dənizdə, quruda və çaylar üzərində müasir avtomat stansiyalar quraşdırılaraq istifadəyə verilir, əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır: "İqlim riskləri ilə bağlı dayanıqlığı artırmaq məqsədi - Milli Uyğunlaşma Planlarının tərkib hissəsidir. Bu fəaliyyət ölkəmizdə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilir".