İqtisadiyyat

  • 2 415

“Sürətlə görülən işlər Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir“ - ŞƏRH EDİLDİ

image

“44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra Azərbaycan dərhal ərazilərimizə əhalinin qayıdışı üçün tədbirlər görməyə başlayıb. İlk növbədə ərazinin təhlükəsizliyinin təmin edilməsinə başlanıldı. Qeyd etmək lazımdır ki, ermənilər 30 illik işğal müddətində bəd əməllərlə məşğul olmuş, ərazilərimizi minalamışlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Deputat bildirib ki, təhlükəsizlik məqsədilə görülən işlər bu gün də davam edir: “Lakin minalardan təmizlənmiş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır. Bunun nəticəsidir ki, artıq işğaldan azad olunmuş ərazilərimizə qayıdış prosesi başlayıb. Füzuli, Laçın, Zəngilanın Ağalı kəndinə köç prosesləri davam edir. Yaxın zamanlarda digər ərazilərimizə də köç prosesi başlayacaq. Cənab Prezidentin bildirdiyi kimi, 2026-cı ilə qədər 140 mindən çox əhali işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşacaq.İşğaldan azad edilmiş ərazilərdə təkcə əhali üçün mənzillərin tikintisindən söhbət getmir. Eyni zamanda ərazilərdə kilometrlərlə yollar çəkilir, elektrik enerjisi, rabitə, su və qaz təminatı işləri aparılır. Bununla yanaşı iş yerləri, məktəb və xəstəxanalar açılır. Yəni paralel şəkildə bütün infrastruktur layihələri həyata keçirilir.Sürətlə görülən işlər Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Otuz il ərzində erməni işğalçıları ərazilərimizi viran qoyublar. Bunu tək biz demirik. Müharibədən keçən üç il ərzində həmin ərazilərə səfər edən çox sayda əcnəbi vətəndaşlar, diplomatlar, jurnalistlər, mədəniyyət xadimləri də ərazilərimizdə törədilən vəhşiliklərin şahidi oldular.Düzdür, qardaş dövlətlər müəyyən formada ərazilərimizdə bərpa işlərinə öz dəstəklərini nümayiş etdirirlər. Lakin bütün işlər Azərbaycan mailiyyəsinin hesabına görülür. Bütün bunlar Azərbaycanın müstəqillik qazandıqdan sonra iqtisadi cəhətdən nə qədər gücləndiyinin göstəricisidir. İndi isə bu gücə arxalanaraq, ərazilərimizi bərpa edib, Böyük Qayıdışı təmin edirik”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər