İslam Əməkdaşlıq Təşkilatı dünyada üzvlərinin sayına görə ən böyük təşkilatdır. Belə ki, İƏT-ə üzv ölkələrdə 1.5 milyard insan yaşayır. Bu isə dünya üzrə əhalinin 18 faizindən artıqdır. Üzv ölkələrin hər biri fərqli sosial-iqtisadi inkişafa sahibdir. Lakin inkişaf etmiş ölkələrlə yanaşı, böyük sosial-iqtisadi çətinliyi olan ölkələr də mövcuddur”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.Nazir bildirib ki, İƏT-ə üzv ölkələrin işsizlik səviyyəsi 2010-cu ildə 5.8 idi, 2020-ci ildə isə bu göstərici 6.3-ə qalxıb: “Bu isə işsizlik səviyyəsinin yaxşılaşmadığını, əksinə pisləşdiyini göstərir. İƏT ölkələrini fərqləndirən ən önəmli məsələlərdən biri də gənc əhalinin sayının çoxluğudur. Orta artım dünya göstəricisindən 2 dəfə artıqdır, əhalimiz ümumdünya göstəcisindən daha gəncdir. Bu isə özü ilə bərabər müəyyən çağırışlar gətirir. Çünki gənclər arasında işsizlik 15-18 faiz təşkil edir. Bəzi ölkələrdə bu göstərici 40 faizdən artıqdır. Bu istiqamətdə işlərin görülməsinə ehtiyac var”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...