"Böyük Qayıdış" artıq həm Şərqi Zəngəzurda, həm də Qarabağda başlayıb. İlin sonuna qədər də bu ərazilərdə məskunlaşma prosesi davam edəcək". Bunu SİA-ya mövzu ilə bağlı danışarkən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, Füzuli şəhərində ilin sonuna qədər 2000 vətəndaşımızın məskunlaşacağı gözlənilir: "Eyni zamanda Laçın və Zəngilan rayonlarında da məskunlaşma prosesi davam edir. Bütövlükdə 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurda təxminən 40 min ailənin, bütövlükdə 140 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıdacağı gözlənilir. Nəzərə alsaq ki, "Böyük Qayıdış" prosesi 2040-cı ilədək davam edəcək bu müddətdə mərhələli şəkildə işğaldan azad edilmiş ərazilərə qayıdışı təmin olunacaq.
V.Bayramov qeyd edib ki, məskunlaşma prosesi intensiv şəkildə davam edir: "Bununla bağlı həm infrastrukturun yenidən qurulması, həm vətəndaşlarımız üçün yaşayış binalarının inşa edilməsi və yalnız şəhərlərin deyil, eyni zamanda kəndlərin bərpasına başlanması da məskunlaşma prosesini sürətləndirəcək. Dövlət büdcəsindən də bu istiqamətdə ayrılan vəsaitin həcmində artımlar müşahidə olunub. 2023-cü il daxil olmaqla son üç ildə dövlət büdcəsindən bu istiqamətdə 12 milyard manata yaxın vəsait ayrılıb. 2024-cü ildə də büdcədən əlavə olaraq 4 milyard manat vəsait ayrılacaq. Bütün bunlar ondan xəbər verir ki, biz növbəti dövrdə daha intensiv məskunlaşma prosesi müşahidə edəcəyik".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...