“Mütəmadi olaraq Azərbaycanda idxalın həcminin müəyyən qədər azalmasını müşahidə edirik”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.Deputatın sözlərinə görə Azərbaycanın illik idxalı təxminən 12 milyard dollardır: “Ölkəmiz əsasən sənaye və bir sıra ərzaq məhsullarını idxal edir. Bəzi məhsullar üzrə Azərbaycanda istehsal istehlakdan çoxdur, tələbi ödəyir. Amma nəzərə alsaq ki, istehsal edilən məhsulların bir qismi ixrac olunur, bu idxaldan da müəyyən müəyyən qədər asılılıq yaradır. Əsas məsələ idxalın aradan qaldırılması və daha çox yerli istehsal hesabına tələbin ödənilməsinə nail olmaqdan ibarətdir. Bu istiqamətdə tədbirlər davam edir. Ərzaq məhsulları ilə yanaşı daha çox sənaye məhsullarının, avadanlıqların və texnologiyanın idxalı həyata keçirilir. Burada məqsəd tələbin ödənilməsidir”. İqtisadçı ekspert Natiq Cəfərli isə Azərbaycanın ərzaq məhsulları, ərzaq buğdası və digər strateji məhsullar üzrə 25% özünü təmin etdiyini, 75% xaricdən asılı olduğumuzu bildirib: “Elektrik avadanlıqları, məişət avadanlıqları, məişət kimyasında isə az qala 100% asılılıq var. Tekstil məhsulları, ayaqqabılarda asılılıq 90%-dən çoxdur. Dərmanlarda isə 96% xaricdən asılıyıq, cəmi 4% yerli istehsal var. İstənilən sahədə Azərbaycanda daxili istehsalla bağlı problemlər mövcuddur. Aşağı-yuxarı hamısının da səbəbi eynidir. İstehsalın təşviqi, kreditlərə çıxış imkanları zəifdir, vergisi yüksəkdir. Bütün bunlar yerli istehsala mənfi təsir göstərən amillərdir”.
Müəllif: Rəşid Qarayev
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...