PDF Oxu

İqtisadiyyat

  • 3 277

"Müştəri onu ağızla reklam edən şəxsdir" - EKSPERT TƏNQİD ETDİ

"Müştəri onu ağızla reklam edən şəxsdir" - EKSPERT TƏNQİD ETDİ

Son zamanlar bir sıra bölgələrdə şəhərdən gələnləri aldadırlar. Belə ki, xüsusilə də bölgəyə məxsus olan qidaları bizə 4-5 dəfə baha qiymətə satmağa çalışırlar. Bəs, rayon satıcıları niyə şəhərdən gələnləri soyub soğana çevirir? SİA mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurovun fikirlərini öyrənib.Onun sözlərinə görə, vətəndaşlar regionlara gedərkən, hər-hansı bir restoranda oturur və oradakı yeyəcək, içəcəkdən istifadə edirlər: "Əksər hallarda qiymətlər vətəndaşların gözlədiklərindən qat-qat yuxarı olur. Ümumi hesabdan görünür ki, həddən artıq şişirdilmiş qiymətlər vətəndaşlara təqdim edilib. Nəticədə də anlaşılmazlıq və gərginliklər yaranır".Ceyhun Aşurov sözlərinə belə davam edib: "Vətəndaşlara tövsiyəm odur ki, gedəcəkləri yerin qiymətləri ilə öncədən tanış olsunlar. Öz nüfuzunu qorumaq istəyən şirkət belə halların baş verməsinə razı olmaz. Müştəri onu ağızla reklam edən şəxsdir. Tələbatın yüksək olduğu yerlərdə qiymətlər baha ola bilər, bunlar normaldır. Çıxış yol isə menyu ilə öncədən tanış olmaqdır. Ümumiyyətlə, bütün səfərlər öncədən araşdırılsa, daha yaxşı olar. Qiymətlərin artımı isə mövsüm və tələbatdan asılıdır. Bunlar təbiidir".

Ayşən Vəli

Digər xəbərlər