İqtisadiyyat

  • 2 148

Xəzərin suyunun azalması nə ilə bağlıdır? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

image

"Havaların isti keçməsi buxarlanmaya səbəb olur. Yağıntı yoxdur, buxarlanma isə çoxdur. Yağış, qar indi-indi dağlara yağır. İstər yağış, istərsə də qar yağıntıdır. Suyun miqdarı Kür çayında da azalıb. Xəzər dənizinə tökülən çayların da miqdarı azalıb. Nəticə etibarı ilə Xəzər dənizində suyun səviyyəsi aşağı düşüb. Bunun üçün çətinliyə düşmək lazım deyil. Nə qədər araşdırma aparılsa, işçi qrupu yaradılsa da problemin yeganə səbəbi budur”. SİA xəbər verir ki, bu sözləri açıqlamasında ekoloq Xosrov Musayev deyib. Onun sözlərinə görə, bunlar dünyada baş verən qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlıdır: “Bu da qarşıdakı son 50 ildə daha da aktuallaşacaq. İqlim dəyişikliyi kənd təsərrüfatı məhsullarına da təsir edir, ərzağın qiyməti qalxır. Bitkilər də iqlim şəraitinə uyğunlaşmır. Havalar isti olanda gəmiriçilərin sayı artır, bu da sonda bitkilərə ziyan verir”.

Digər xəbərlər