PDF Oxu

İqtisadiyyat

  • 3 745

"ÜDM-nin 5% artımı hədəflənib" - QURUM RƏSMİSİ BİLDİRDİ

"ÜDM-nin 5% artımı hədəflənib" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Ölkədə reklam və biznes istiqamətində fəaliyyətin genişlənməsini istəyiriksə, təbii olaraq iqtisadi aktivliyi müsbət həddə saxlamalıyıq. Bunun nəticəsində biznes subyektləri daha çox gəlir əldə edəcək və fəaliyyətləri daha da genişləndiriləcək. Bunun üçün növbəti dövr ərzində özəl sektorun çəkisinin müsbət tempdə saxlanılması zəruridir". SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov ADRA-nın Uıu Öndərin 100 illiyi münasibətilə təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.O bildirib ki, bu dövr ərzində Ümumi Daxili Məhsulun orta illik hesabla 5% artımı hədəflənib: "Özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması əsas hədəf olaraq müəyyənləşdirilib. 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft qaz ixracının həcminin 85% artırılması hədəflər sırasındadır"."Ümummilli liderin maraqlı sitatlarından biri də odur ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün bizim cəbhədə, diplomatik sferada qazandığımız uğurlar güclü və stabil ölkə iqtisadiyyatının formalaşması ilə bağlıdır",- deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər