“Qış turizmi Azərbaycanda turizm xidmətlərində sözsüz paya malik olan istiqamətlərdəndir. Son illərdə isə xüsusilə qış turizminə diqqət artıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, daxili və gəlmə turizmdə qış turizminin payı getdikcə daha da artır: “Nəzərə almaq lazımdır ki, ölkə ərazisində infrastruktur formalaşdırılıb, kifayət qədər imkanlar var və təbii ki, daha çox turistin cəlb edilməsi mümkündür.Digər tərəfdən isə qış turizminə marağın artması qlobal olaraq müşahidə olunur. Bu il də qış turizmi Azərbaycanda turizm gəlirlərində yüksək paya malik olacaq. Ümumiyyətlə növbəti illərdə qış turizminin turizm sektorundakı payının artması gözlənilir. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda da qış turizminə üstünlük veriləcək”.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...