PDF Oxu

İqtisadiyyat

  • 4 430

Azərbaycan ən çox hansı meyvənin ixracından pul qazanır? - AYDINLIQ GƏTİRİLDİ

Azərbaycan ən çox hansı meyvənin ixracından pul qazanır? - AYDINLIQ GƏTİRİLDİ

"Ölkənin bütün bölgələrində ümumilikdə 7,1 min hektarda şaftalı əkilib. Şaftalı bağları ən çox Xaçmaz, Şəmkir, Goranboy, Göygöl, Quba, Qusar, Şabran və Balakəndədir. Şaftalı (nektarin) – ölkəyə ən çox valyuta gətirən meyvələrdən olsa da, 2022-ci ilin rəqəmlərinə baxsaq, ilk yerdə deyil. Statistik rəqəmlərə əsasən, ən çox alma (318,2 min ton), nar (187.4 min ton), xurma (184,3 min ton), fındıq (72.1 min ton) məhsul istehsal olunub. Burada da həmin rəqəmlərə əsasən, şaftalı ortancıl yerdədir, 57.7 min ton şaftalı tədarük olunub. Bağların məhsuldarlığına görə, yenə orta yerdədir 91.2 sentner/hektar”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib. İqtisadçı deyir ki, ümumilikdə, ildən-ilə şaftalı ixracından əldə edilən gəlir artır: "Burada aqrar sığortanın da rolu var: “Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli müvafiq qərarı ilə ərik və şaftalı (nektarin) də sığortalanan məhsullar sırasına daxil edilib. Ərik və şaftalı bağlarında güzəştli sığorta mövcuddur. Şaftalı bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda şaftalı bağının baza zərfi üzrə sığortası üçün tariflər 2,55%-5,34% arasındadır. Misal, 1 hektar şaftalı bağının sığortası: 6000 manatlıq məhsul şaftalı bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 153-320 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 77-160 manatını ödəyir, qalan hissəni dövlət ödəyir"."Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 5400 manat təşkil edir. Aqrar sığorta ərik və şaftalı (nektarin) bağlarını dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, ildırım, yanğın, zəlzələ, torpaq sürüşməsi və sair risklərdən qoruyur”- deyə o əlavə edib.
Ləman Sərraf

Digər xəbərlər